Azərbaycan komandası Əziz Əliyevin xatirə turnirinin qalibi oldu
10 dekabr 2022 1206

Dağıstan Respublikasının paytaxtı Mahaçqalada görkəmli dövlət və elm xadimi Əziz Əliyevin xatirəsinə həsr olunan uşaq arasında şahmat üzrə komanda turnirinə yekun vurulub.
Yarışda ölkəmizi Azərbaycan çempionu, yeniyetmələrin olimpiadasında öz lövhəsində qızıl medala layiq görülən Nərmin Abdinova, 12 yaşlılar arasında Avropa çempionatının gümüş medalçısı Xaqan Əhməd, Azərbaycan çempionu Şəmsi Qaraxanov və Atilla Orman təmsil edib.
Yekun nəticədə Azərbaycan komandası yarışın qalibi olub. Şahmatçılarımız fərdi nəticələrə görə də mükafat qazanıb. Atilla Orman üçüncü, Nərmin Abdinova isə dördüncü lövhədə birinci yeri tutub. Birinci və ikinci lövhədə çıxış edən Xaqan Əhməd ilə Şəmsi Qəhrəmanov gümüş medal qazanıb.
Bənzər xəbərlər

Azərbaycan cüdoçuları Perudakı Qran-Prini 7 medalla başa vurublar
Perunun paytaxtı Limada cüdo üzrə Qran-Pri turniri başa çatıb.
Son yarış ... Ətraflı

“Təhlükəsiz idman - hamı üçün” mövzusunda keçirilən kurs iştirakçılarına sertifikatlar təqdim edilib
Oktyabrın 13-də Azərbaycan İdman Akademiyasının akt zalında Milli Olimpiya Komitəsinin ... Ətraflı