Azərbaycan parabadmintonunda ilk medal!
18 sentyabr 2022 1478

Parabadmintonçumuz İbrahim Əliyev Uqandanın paytaxtı Kampala şəhərində keçirilən “Uganda Para Badminton International 2022” turnirində bürünc medal qazanıb.
Cari ilin avqustundan başlayaraq məşqçi Teymur Abbasovla birgə parabadmintonda ölkəmizi beynəlxalq arenada təmsil etməyə başlayan İbrahim qısa müddət ərzində qatıldığı ikinci turnirdə mükafatçılar sırasında yer almağı bacarıb.
Kişi parabadmintonçuların şəxsi yarışında qrup mərhələsini ilk sırada başa vuran İbrahim Əliyev uğurlu çıxışının davamını pley-offda da gətirib.
1/4 finalda Manoj Kumara (Hindistan) 2:0 (21-14,21-12) hesabı ilə qalib gələn İbrahim ən güclü 4-lüyə yüksəlməklə bürünc medalı təmin edib. Yarımfinalda turnirin reytinq favoritlərindən sayılan hindistanlı Natarajan Zillaiyə 0:2 (11-21,16-21) hesabı ilə uduzan
İbrahim Uganda Para Badminton International 2022” turnirində bürünc medala sahib çıxıb.
Bu həm də Azərbaycan parabadmintonu tarixində beynəlxalq turnirlərdə qazanılan ilk medaldır.
Bənzər xəbərlər

Azərbaycan cüdoçuları Perudakı Qran-Prini 7 medalla başa vurublar
Perunun paytaxtı Limada cüdo üzrə Qran-Pri turniri başa çatıb.
Son yarış ... Ətraflı

“Təhlükəsiz idman - hamı üçün” mövzusunda keçirilən kurs iştirakçılarına sertifikatlar təqdim edilib
Oktyabrın 13-də Azərbaycan İdman Akademiyasının akt zalında Milli Olimpiya Komitəsinin ... Ətraflı