Azərbaycan qılıncoynadanı beynəlxalq turnirdə bürünc medal qazanıb
23 oktyabr 2023 967

Qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət Azərbaycan milli komandasının lideri Anna Başta Türkiyənin İstanbul şəhərində keçirilən “Satellite” turnirində bürünc medal qazanıb.
Qadın sablyaçıların şəxsi yarışında qrup mərhələsini 5 qələbə ilə başa vuran idmançı yarımfinaladək irəliləməyi bacarıb.
O, pley-offda Gürcüstan təmsilçisi Yeva Ahamian (15:5), əlcəzairli Kehla Zohra Nora (15:6), rumıniyalı Sabina Martis (15:12) və Türkiyə qılıncoynadanı Erbil Nisanura (15:8) qalib gələrək yarımfinala yüksəlib.
Anna Başta finalın bir addımlığında Ukrayna sablyaçısı, sonradan turnirin qalibi olan Olqa Xarlana 10:15 hesabı ilə uduzub və bürünc medalla kifayətlənib.
Bənzər xəbərlər

Azərbaycan cüdoçuları Perudakı Qran-Prini 7 medalla başa vurublar
Perunun paytaxtı Limada cüdo üzrə Qran-Pri turniri başa çatıb.
Son yarış ... Ətraflı

“Təhlükəsiz idman - hamı üçün” mövzusunda keçirilən kurs iştirakçılarına sertifikatlar təqdim edilib
Oktyabrın 13-də Azərbaycan İdman Akademiyasının akt zalında Milli Olimpiya Komitəsinin ... Ətraflı