Azərbaycan Qran-Prisi: "Mercedes"in pilotu 3-cü sərbəst yürüşdə birinci olub
14 sentyabr 2024 748
Bakıda Formula 1 Azərbaycan Qran-Prisinin üçüncü sərbəst yürüşü baş tutub.
Yürüşdə 10 komanda arasında ən yaxşı nəticəni "Mercedes"in britaniyalı pilotu Corc Rassell göstərib.
"Ferrari"nin monakolu sürücüsü Şarl Lekler ikinci, "MakLaren"in britaniyalı pilotu Lando Norris üçüncü sırada yer alıblar.
Ötən gün keçirilmiş birinci sərbəst yürüşdə “Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen, ikinci sərbəst yürüşdə isə Ş.Lekler finişə birinci çatıblar.
Bu gün, həmçinin saat 14:15-də Formula 2 üzrə sprint yarışı və saat 16:00-da Formula 1 üzrə sıralama turu baş tutacaq.
Qeyd edək ki, Azərbaycan Qran-Prisinə sentyabrın 15-də yekun vurulacaq.
Bənzər xəbərlər
Vüsal Nəsirli Azərbaycan Peşəkar Boks Federasiyasının prezidenti seçilib
Azərbaycan Peşəkar Boks Federasiyasında yeni rəhbərlik formalaşdırılıb.
Federasiyanın prezidenti vəzifəsinə Azərbaycan ... Ətraflı
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı