Xəbərlər

Azərbaycan üzgüçüləri Macarıstan çempionatına qatılıblar

19 aprel 2023 419

Azərbaycan üzgüçüləri Ramil Vəzlizadə və Məryəm Şeyxəlizadəxangah öz güclərini sınamaq üçün Macarıstan çempionatına qatılıblar. Bu barədə məlumatı üzgüçülük üzrə Azərbaycan millisinin baş məşqçısı Rəşad Əbdürrəhmanov verib. Onun sözlərinə görə bu yarış macar idmançıları üçün Dünya çempionatına seçim turniridir:
“Bildiyiniz kimi üzgüçülük Macarıstanda çox populyar bir idman növüdür. Burada avropanın və dünyanın güçlü üzgüçüləri var və onlar beynəlxalq yarışlarda çox uğurlu çıxışlar edirlər. Federasiyanın məqsədi beynəlxalq yarışlar öncəsi idmançılarımızın peşakarlığını artırmaq, əlavə təcrübə toplamaq, üzgüçülərimizin öz güclərini artırmağa şərait yaratmaqdır. Hesab edirəm ki, bu yarışlarda iştirak üzgüçülərimizin beynəlxalq təcrübələrini daha da yüksəldəcək” deyə R. Əbdürrəhmanov əlavə edib.
Millimizin baş məşqçısının sözlərinə görə Məryəm Şeyxəlizadəxangah 50 metr batterflay üsulunda, Ramil Vəlizadə isə 200 metr batterflay üsulunda güclərini sınayacaqlar. 
Macarıstan çempionatı 17-23 aprel tarixlərində Macarıstanın Kopoşvar şəhərində keçirilir.