Azərbaycanda cüdo idman növü üzrə beynəlxalq turnirə start verilir.
19 mart 2022 950

23-24 mart 2022-ci il tarixlərində Göygöl rayonunda Azərbaycan Respublikasının Əməkdar məşqçisi Ariz Ələkbərovun xatirəsinə həsr olunmuş U-18 beynəlxalq turnir təşkil olunacaq.
Göygöl Olimpiya İdman Kompleksində keçiriləcək yarışda Türkiyə, Almaniya, Gürcüstan, Macarıstan, Özbəkistan və Sloveniyadan 100-dən çox idmançı ölkələrini təmsil edərək medallar uğrunda mübarizə aparacaqlar.
Həmçinin, turnirdə ölkəmizin 400-ə yaxın gənc cüdoçusu iştirak edəcək.
2 gün davam edəcək beynəlxalq yarışda qızlar -36, -40, -44, -48, -52, -57, -63, -70, +70 kq, oğlanlar isə -46, -50, -55, -60, -66, -73, -81, -90, +90 kq çəki dərəcələrində güclərini sınayacaqlar.
Bildirmək istərdik ki, yarışda 2005-2007-ci il təvəllüdlü idmançılar iştirak edəcəklər.
U-18 beynəlxalq turnirin əsas məqsədi idmançıların peşəkarlıq səviyyəsinin artırılması, ustalıqlarının təkmilləşdirilməsi və ölkələrarası dostluq əlaqələrinin yaradılması və gücləndirilməsinə dəstək olmaqdır.
Bununla yanaşı, bu tipli çempionatların təşkili ACF-in gənclərin sağlam həyat tərzinə istiqamətləndirilməsi, onların asudə vaxtının səmərəli təşkili, idmana olan marağının artırılması və cüdonun təbliğatı istiqamətində gördüyü işlərdəndir.
Qeyd edək ki, turnir Azərbaycan Cüdo Federasiyasının, Göygöl rayon Gənclər və İdman İdarəsinin və Göygöl Olimpiya İdman Kompleksinin təşkilatçılığı ilə baş tutacaq.
Bənzər xəbərlər

Azərbaycan cüdoçuları Perudakı Qran-Prini 7 medalla başa vurublar
Perunun paytaxtı Limada cüdo üzrə Qran-Pri turniri başa çatıb.
Son yarış ... Ətraflı

“Təhlükəsiz idman - hamı üçün” mövzusunda keçirilən kurs iştirakçılarına sertifikatlar təqdim edilib
Oktyabrın 13-də Azərbaycan İdman Akademiyasının akt zalında Milli Olimpiya Komitəsinin ... Ətraflı