Azərbaycanda cüdo məşqçiliyi inkişaf etdirilir
23 yanvar 2024 833

Azərbaycan Cüdo Federasiyası (ACF) Dan dərəcələrinin verilməsinə həsr olunmuş seminar və imtahan təşkil edib.
ACF-dən verilən məlumata görə, ölkədə bir ilk olan bu təşəbbüs Azərbaycanda cüdo məşqçiliyinin gələcəyinin formalaşmasında mühüm əhəmiyyət kəsb edir.
Seminarın əsas məqsədi Dan sisteminə uyğun olaraq, məşqçilərin bacarıqlarını qiymətləndirmək və müəyyən etməkdir. Həmçinin Dan dərəcələri üzrə seminarın və imtahanın keçirilməsi məşqçilərin motivasiyasına müsbət təsir göstərəcək, onların peşəkar bacarıqlarını daim artırmağa həvəsləndirəcək.
Seminar və imtahanı uğurla başa vurduqdan sonra iştirakçılara müvafiq Dan dərəcəsi üzrə bilik və bacarıqlarını təsdiq edən sertifikat veriləcək.
Qeyd edək ki, Türkiyə Cüdo Federasiyasının Təhsil Direktoru, Avropa Cüdo Birliyinin Kata Komissiyasının üzvü Mehmet Yılmaz tərəfindən aparılan seminarda 50 cüdo məşqçisi iştirak edir.
Bənzər xəbərlər

Azərbaycan cüdoçuları Perudakı Qran-Prini 7 medalla başa vurublar
Perunun paytaxtı Limada cüdo üzrə Qran-Pri turniri başa çatıb.
Son yarış ... Ətraflı

“Təhlükəsiz idman - hamı üçün” mövzusunda keçirilən kurs iştirakçılarına sertifikatlar təqdim edilib
Oktyabrın 13-də Azərbaycan İdman Akademiyasının akt zalında Milli Olimpiya Komitəsinin ... Ətraflı