Azərbaycanda xizək alpinizmi üzrə keçiriləcək ilk beynəlxalq yarış bəlli olub
19 yanvar 2024 1305
Azərbaycanda xizək alpinizmi üzrə keçiriləcək ilk beynəlxalq yarış açıqlanıb.
Azərbaycan Qış İdman Növləri Federasiyasının baş katibi Günel Bədəlovanın verdiyi məlumata görə, bu il martın 9-10-da “Şahdağ” Turizm Mərkəzində Beynəlxalq Xizək Alpinizm Federasiyasının da təqviminə salınan vertikal və sprint növləri üzrə turnir təşkil olunacaq.
G.Bədəlova sözügedən yarışın keçirilməsinin Azərbaycan idmanı üçün tarixi hadisə olacağını bildirib.
Beynəlxalq Xizək Federasiyası (FIS) tərəfindən Şahdağ Turizm Mərkəzinə dağ xizəyinin slalom, böyük slalom və super G növü üzrə beynəlxalq yarışlara ev sahibliyi etmək hüququnun verilməsinə də toxunan baş katib bu cür turnirlərin təşkili üçün FIS-a müraciət ünvanlayacaqlarını vurğulayıb: “Yuxarıda sadalanan növlər üzrə turnirləri gələn qış mövsümündən etibarən təşkil edəcəyik. Çalışacağıq ki, bu proses daha da sürətlənsin”.
Bənzər xəbərlər
Fiqurlu konkisürənimiz Milan-Kortina-2026-da çıxışını başa vurdu
İtaliyada keçirilən Milan-Kortina-2026 Qış Olimpiya Oyunları çərçivəsində fiqurlu konkisürmə yarışlarında ... Ətraflı
Milan-Kortina-2026: Fiqurlu konkisürmə yarışında tarixi an
İtaliyada keçirilən XXV Qış Olimpiya Oyunları davam edir.
Təxminən 50 ildən ... Ətraflı