Azərbaycanın badminton üzrə yığması bürünc medal qazanaraq tarixdə ilkə imza atıb
23 iyun 2023 700
"Port of Baku" komandası İspaniyanın Ovyedo şəhərində keçirilən Klublararası Avropa çempionatında bürünc medal qazanaraq tarixdə ilkə imza atıb.
Bu barədə Azərbaycan Badminton Federasiyasından məlumat verilib.
Aqil Qəbilov, Nərmin Hüseynova, Həcər Nuriyeva, Era Maftuha, Məhəmməd Kadafi və Diki Pangestudan ibarət komandamız qrup mərhələsində "Rekriativo" (İspaniya) və "Balozi" (Latviya) klubları ilə qarşılaşıb.
İlk görüşündə İspaniya təmsilçisinə 1:4 hesabı ilə uduzan komandamız ikinci görüşdə Latviya klubuna eyni hesabla (4:1) qalib gələrək Klublararası Avropa çempionatında 1/4 finala yüksəlib. Bu mərhələdə Portuqaliyanın "Lagoense" klubu ilə qarşılaşan "Port of Baku" gərgin və maraqlı keçən 5 setin yekununda 3:2 hesablı qələbə qazanaraq turnirin yarımfinalına yüksəlməklə bürünc medalı təmin edib.
Komandamız debüt mövsümündə finalın bir addımlığında Klublararası Avropa çempionatının qalibi İtaliyanın "Matex Marabadminton" klubuna 0:3 hesabı ilə uduzub.
Bənzər xəbərlər

Azərbaycan cüdoçuları Perudakı Qran-Prini 7 medalla başa vurublar
Perunun paytaxtı Limada cüdo üzrə Qran-Pri turniri başa çatıb.
Son yarış ... Ətraflı

“Təhlükəsiz idman - hamı üçün” mövzusunda keçirilən kurs iştirakçılarına sertifikatlar təqdim edilib
Oktyabrın 13-də Azərbaycan İdman Akademiyasının akt zalında Milli Olimpiya Komitəsinin ... Ətraflı