Azərbaycanın bədii gimnastları Londonda 6 qızıl, 1 gümüş medal qazanıblar
20 dekabr 2023 1329
Azərbaycan bədii gimnastları Böyük Britaniyanın paytaxtı London şəhərində keçirilən “Winter Stars” beynəlxalq turnirində yeddi medal qazanıblar.
“Ocaq Sport” Klubunu təmsil edən idmançılardan altısı fəxri kürsünün ən yüksək pilləsinə qalxıb, biri isə ikinci yeri tutub.
Nilay Quliyeva, Alsu Abdullayeva və Röya Alıkişiyeva topla hərəkətlərin icrasında hakimlərdən ən yüksək xalı alıblar. Evelin Yoşpa və Maya Kozaçuk halqa ilə hərəkətlərdə qızıl medala sahib çıxıblar. Gürzlə hərəkətlərdə isə M. Kozaçuk bütün rəqiblərini qabaqlayıb, R. Alıkişiyeva gümüş mükafatla kifayətlənib.
Bənzər xəbərlər
Avropa Kuboku: Azərbaycan atıcısı ikinci qızıl medalını qazanıb
Azərbaycan atıcılıq millisinin üzvü Ruslan Lunyov Estoniyanın Manniku şəhərində keçirilən ... Ətraflı
Azərbaycan gimnastları beynəlxalq turniri 12 medalla başa vurublar
Portuqaliyanın Santarem şəhərində batut gimnastikası və tamblinq üzrə ənənəvi SCALABISCUP ... Ətraflı