Azərbaycanın daha bir cüdoçusu Avropa çempionatında bürünc medal qazana bilər
24 aprel 2025 612
Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev Monteneqronun paytaxtı Podqoritsada keçirilən Avropa çempionatında yarımfinal görüşünə çıxıb.
73 kiloqram çəki dərəcəsində çıxış edən idmançı bu raundda Danil Lavrentevlə (IJF) üz-üzə gəlib.
Rəqibinə ipponla uduzan R.Məmmədəliyev bürünc medal uğrunda qüvvəsini sınayacaq.
Bu gün mübarizəyə qoşulan Fidan Əlizadə (57 kiloqram) isə 1/8 finalda məğlub olaraq turnirlə vidalaşıb.
Qeyd edək ki, ötən gün Azərbaycan cüdoçularından Əhməd Yusifov (60 kiloqram) bürünc medal qazanıb. Avropa çempionatına aprelin 26-da yekun vurulacaq.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı