Azərbaycanın daha bir cüdoçusu “Böyük dəbilqə” turnirində ikinci yeri tutub
04 fevral 2024 687

Azərbaycanın daha bir cüdoçusu Fransanın paytaxtı Parisdə keçirilən “Böyük dəbilqə” turnirində gümüş medal qazanıb.
Yarışın sonuncu günündə 90 kiloqram çəki dərəcəsində mübarizə aparan Elcan Hacıyev həlledici görüşdə Türkiyə təmsilçisi Mixael Zqankaya uduzaraq ikinci yeri tutub.
Millinin digər üzvləri Vüqar Talıbov (90 kiloqram) və Uşanqi Kokauri (+100 kiloqram) isə uğursuz nəticə göstəriblər.
Qeyd edək ki, ötən gün Zelim Tçkayev (81 kiloqram) də gümüş medalın sahibi olub.
Bənzər xəbərlər

Azərbaycan cüdoçuları Perudakı Qran-Prini 7 medalla başa vurublar
Perunun paytaxtı Limada cüdo üzrə Qran-Pri turniri başa çatıb.
Son yarış ... Ətraflı

“Təhlükəsiz idman - hamı üçün” mövzusunda keçirilən kurs iştirakçılarına sertifikatlar təqdim edilib
Oktyabrın 13-də Azərbaycan İdman Akademiyasının akt zalında Milli Olimpiya Komitəsinin ... Ətraflı