Azərbaycanın futbol millisi III MDB Oyunlarında mübarizəyə başlayır
27 sentyabr 2025 - 08:00 429
Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında bu gün iki idman növü üzrə yarışlar keçiriləcək.
Qəbələ şəhərində stolüstü tennis və futbol yarışları təşkil olunacaq.
Stolüstü tennis üzrə oğlan və qızlardan ibarət Azərbaycan yığmaları final görüşlərinə çıxacaqlar. Hər iki komandanın rəqibi Rusiyanın müvafiq kollektivləri olacaq. Final görüşləri saat 10:00-da başlanacaq.
Ardınca isə stolüstü tennisdə fərdi yarışlara start veriləcək.
Bu gün, həmçinin futbol üzrə Azərbaycan (U-16) millisi Oyunlarda mübarizəyə başlayacaq. Aqil Nəbiyevin başçılıq etdiyi kollektiv Qəbələ Şəhər Stadionunda Tacikistanın U-16 komandası ilə qarşılaşacaq. Oyun saat 12:00-da start götürəcək. Günün ikinci matçında isə Rusiya seçməsi Belarusu sınağa çəkəcək.
Qeyd edək ki, 13 ölkədən ümumilikdə 1624 idmançının iştirak etdiyi III MDB Oyunlarının açılış mərasimi sentyabrın 28-də, bağlanış tədbiri isə oktyabrın 8-də Gəncə Şəhər Stadionunda olacaq.
Bənzər xəbərlər
Avropa Kuboku: Azərbaycan atıcısı ikinci qızıl medalını qazanıb
Azərbaycan atıcılıq millisinin üzvü Ruslan Lunyov Estoniyanın Manniku şəhərində keçirilən ... Ətraflı
Azərbaycan gimnastları beynəlxalq turniri 12 medalla başa vurublar
Portuqaliyanın Santarem şəhərində batut gimnastikası və tamblinq üzrə ənənəvi SCALABISCUP ... Ətraflı