Azərbaycanın iki gimnastı Dünya Kubokunun finalına vəsiqə qazanıb
22 fevral 2025 977
Tamblinq üzrə Azərbaycan millisinin iki üzvü Bakıda keçirilən Dünya Kubokunda finala yüksəlib.
Kişilərin yarışında Adil Hacızadə 55.500 xalla bütün rəqiblərini qabaqlayaraq birinci yeri tutub.
Yığmanın digər üzvü Tofiq Əliyev isə 14 idmançı arasında 53.700 xalla ikinci olub.
Bu növdə ən çox xal toplayan ilk 8 idmançı həlledici mərhələyə vəsiqə qazanıb.
Tamblinq üzrə final mərhələsinin yarışları fevralın 23-də keçiriləcək.
Qeyd edək ki, Dünya Kubokunda 15 ölkədən idmançılar medallar uğrunda mübarizə aparırlar.
Bənzər xəbərlər
Vüsal Nəsirli Azərbaycan Peşəkar Boks Federasiyasının prezidenti seçilib
Azərbaycan Peşəkar Boks Federasiyasında yeni rəhbərlik formalaşdırılıb.
Federasiyanın prezidenti vəzifəsinə Azərbaycan ... Ətraflı
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı