Azərbaycanın iki yunan-Roma güləşçisi U-15 üzrə Avropa çempionu olub
22 may 2026 - 09:05 317
Bolqarıstanın Samokov şəhərində güləş üzrə U-15 Avropa çempionatı davam edir.
Yunan-Roma güləşi üzrə Azərbaycan millisinin 2 üzvü fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Hüseyn Əmrahlı (38 kiloqram) finalda estoniyalı Daniel Samuelə tam üstünlüklə (9:0) qalib gələrək Avropa çempionu olub.
Paşa Aslan (44 kiloqram) isə həlledici görüşdə ermənistanlı Paşa Xudoyanı 4:1 hesabı ilə üstələyərək qitənin ən güclüsü ünvanına sahib çıxıb.
Pünhan Şahmarov (48 kiloqram) bürünc medal görüşündə ermənistanlı Mihran Tatoyana (1:3), Sadiq Vəlizadə (57 kiloqram) isə üçüncülük mübarizəsində gürcüstanlı Giorgi Vaşakmadzeyə (4:8) məğlub olub.
Raul Məmmədzadə (62 kiloqram) təsəlliverici görüşdə estoniyalı Artemi Yeremeyevə tam üstünlüklə (10:0) qalib gəlsə də, ermənistanlı Aleks Gevorqyana 5:8 hesabı ilə məğlub olaraq 5-ci yerlə kifayətlənib.
Bənzər xəbərlər
Vüsal Nəsirli Azərbaycan Peşəkar Boks Federasiyasının prezidenti seçilib
Azərbaycan Peşəkar Boks Federasiyasında yeni rəhbərlik formalaşdırılıb.
Federasiyanın prezidenti vəzifəsinə Azərbaycan ... Ətraflı
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı