Azərbaycanın qadın güləşçisi reytinq turnirində bürünc medal qazanıb
08 fevral 2026 - 11:49 409
Xorvatiyanın paytaxtı Zaqrebdə 2026-cı ilin ilk reytinq turniri davam edir.
Yarışda Azərbaycanı qadın güləşi üzrə milli komanda təmsil edir. Turnirin dördüncü günündə yığmanın 3 üzvü xalça üzərinə çıxıb.
Nərgiz Səmədova (53 kiloqram) təsnifat mərhələsində polşalı Roksana Marta Zasınaya (0:10), təsəlliverici görüşdə isə yaponiyalı Umi İmaya (1:13) məğlub olub.
Jalə Əliyeva (57 kiloqram) startda brazilyalı Culya Penalberaya (4:14) uduzaraq mübarizəni erkən başa vurub.
Zəhra Kərimzadə (72 kiloqram) 1/4 finalda türkiyəli Buse Tosuna (0:2) məğlub olsa da, bürünc medal uğrunda mübarizədə yaponiyalı Mahiro Yoşitakeni 4:1 hesabı ilə üstələyib.
Bənzər xəbərlər
Vüsal Nəsirli Azərbaycan Peşəkar Boks Federasiyasının prezidenti seçilib
Azərbaycan Peşəkar Boks Federasiyasında yeni rəhbərlik formalaşdırılıb.
Federasiyanın prezidenti vəzifəsinə Azərbaycan ... Ətraflı
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı