Azərbaycanın stolüstü tennisçiləri Dohada bürünc medal qazanıblar
02 fevral 2025 742
Azərbaycanın stolüstü tennisçiləri Qətərin paytaxtı Dohada keçirilən “WTT Youth Star Contender Doha 2025” turnirində bürünc medal qazanıblar.
Mərziyyə Nurmətova ilə Aylin Əsgərova qoşa yarışların nəticəsinə görə fəxri kürsünün üçüncü pilləsində yer alıblar.
Xatırladaq ki, təmsilçilərimiz Onur Quluzadə ilə Yağmur Məmmədli qarışıq-qoşa mübarizəsində eyni nəticəyə imza atmışdılar.
Qeyd edək ki, “WTT Youth Star Contender Doha 2025” turnirinə fevralın 2-də yekun vurulacaq.
Bənzər xəbərlər
Vüsal Nəsirli Azərbaycan Peşəkar Boks Federasiyasının prezidenti seçilib
Azərbaycan Peşəkar Boks Federasiyasında yeni rəhbərlik formalaşdırılıb.
Federasiyanın prezidenti vəzifəsinə Azərbaycan ... Ətraflı
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı