Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə medal qazanıb
30 yanvar 2025 740
Azərbaycanın stolüstü tennisçisi Onur Quluzadə Qətərin paytaxtı Doha şəhərində keçirilən “WTT Youth Contender Doha 2025” turnirində uğurla çıxış edib.
Azərbaycan Stolüstü Tennis Federasiyasından verilən məlumata görə, U-15 kateqoriyasında mübarizə aparan Onur qrup oyunlarında Birləşmiş Ərəb Əmirlikləri və Türkmənistan idmançılarını üstələyərək, ilkin mərhələni lider kimi adlayıb. Ardınca o, Bəhreyn, Tailand və Malayziyadan olan rəqiblərinə də qalib gələrək finala yüksəlib. Gərgin mübarizə şəraitində keçən həlledici görüşdə İran təmsilçisinə 2:3 hesabı ilə uduzan stolüstü tennisçimiz yarışın gümüş mükafatına layiq görülüb.
Bənzər xəbərlər
Vüsal Nəsirli Azərbaycan Peşəkar Boks Federasiyasının prezidenti seçilib
Azərbaycan Peşəkar Boks Federasiyasında yeni rəhbərlik formalaşdırılıb.
Federasiyanın prezidenti vəzifəsinə Azərbaycan ... Ətraflı
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı