Azərbaycanlı hakimlər Almaniyanın oyununa təyinat alıblar
24 mart 2025 857
Azərbaycanın FİFA referiləri Hikmət Qafarlı, Əli Cəbrayılov və Knyaz Əmiraslanov beynəlxalq təyinat alıb.
Onlar Nikosiya şəhərində 19 yaşadək futzalçılar arasında Avropa çempionatının seçmə mərhələsində Kipr – Almaniya oyununu idarə edəcəklər.
Qafarlı birinci, Cəbrayılov ikinci, Əmiraslanov isə üçüncü referi olacaq. Hakimlərimizin idarəçiliyini Belçikadan olan hakim-inspektor Patrik Villemark qiymətləndirəcək.
Qeyd edək ki, qarşılaşma aprelin 15-də olacaq.
Bənzər xəbərlər
Vüsal Nəsirli Azərbaycan Peşəkar Boks Federasiyasının prezidenti seçilib
Azərbaycan Peşəkar Boks Federasiyasında yeni rəhbərlik formalaşdırılıb.
Federasiyanın prezidenti vəzifəsinə Azərbaycan ... Ətraflı
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı