Bakıda kamandan oxatma üzrə beynəlxalq turnirə start verilib
19 may 2023 963
Mayın 19-da Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan kamandan oxatma üzrə beynəlxalq turnirə start verilib.
Turnirdə ölkəmiz ilə yanaşı, Qazaxıstan, Rusiya və Gürcüstandan komandalar iştirak edirlər.
Şağan Olimpiya İdman Kompleksində keçirilən turnirdə 30 və 70 metr məsafəyə kamandan oxatma üzrə qaliblər müəyyənləşəcək.
Turnirə mayın 20-də yekun vurulacaq.
Azərbaycan Kamandan Oxatma Federasiyası 1993-cü ildə təsis edilib. Qurum Beynəlxalq Kamandan Oxatma Federasiyası və Avropa Kamandan Oxatma Federasiyaları Assosiasiyasının (FETA) üzvüdür.
Bənzər xəbərlər
Fiqurlu konkisürənimiz Milan-Kortina-2026-da çıxışını başa vurdu
İtaliyada keçirilən Milan-Kortina-2026 Qış Olimpiya Oyunları çərçivəsində fiqurlu konkisürmə yarışlarında ... Ətraflı
Milan-Kortina-2026: Fiqurlu konkisürmə yarışında tarixi an
İtaliyada keçirilən XXV Qış Olimpiya Oyunları davam edir.
Təxminən 50 ildən ... Ətraflı