Bakıda yelkən üzrə ənənəvi Federasiya Kuboku yarışları keçirilib
24 sentyabr 2023 522

Bakıda Azərbaycan Yelkən Federasiyasının təşkilatçılığı və ASCO (Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi) QSC-nin dəstəyi ilə "SFA Federasiya Kuboku 2023" yarışları keçirilib.
Yarışlar Optimist, ILCA və Windsurf sinifləri üzrə 22-24 sentyabr tarixləri arasında “Ramada by Wyndham Baku” sahilində yerləşən SFA yelkən mərkəzində baş tutub.
Mükafatlandırma mərasimində Optimist üzrə dünya çempionatına və ILCA 4 üzrə Avropa çempionatına qatılmış millimizin üzvlərinə, cari il üzrə yay məktəbinin iştirakçılarına, komandaya yeni seçilən idmançılara və "SFA Federasiya Kuboku 2023"-ün qaliblərinə kubok, diplom və sertifikatlar təqdim olunub.
Tədbirdə Azərbaycan Yelkən Federasiyasının prezidenti Qüdrət Qurbanov, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi, Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini Zaur Nağıyev və federasiyanın vitse-prezidenti Burcu Alqon Giorgianni çıxış ediblər.
Həmçinin 2022-ci il üzrə Federasiya Kubokunu qazanan idmançıların adları xatirə lövhəsində əks olunub.
Qeyd edək ki, "SFA Federasiya Kuboku” altıncı ildir ənənəvi şəkildə keçirilir.
Bənzər xəbərlər

Lommel sınağı 11 medalla yadda qaldı
Azərbaycanın yeniyetmə taekvondoçuları Belçikanın Lommel şəhərində keçirilən açıq beynəlxalq turnirdə ... Ətraflı

Azərbaycan Basketbol Liqasında XIX tur başlayır
Azərbaycan Basketbol Liqasında XIX tura bu gün start veriləcək.
Günün yeganə ... Ətraflı