Bakıdakı Baş Assambleyada atıcılıq üzrə növbəti Avropa çempionatlarının ev sahibləri müəyyənləşib
21 oktyabr 2023 677

Atıcılıq üzrə 2026-cı il Avropa çempionatına ev sahibliyi edəcək ölkələr müəyyənləşib.
Bununla bağlı qərar Bakıda keçirilən Avropa Atıcılıq Konfederasiyasının 29-cu Baş Assambleyasında qəbul olunub.
Səsvermənin nəticələrinə əsasən, güllə atıcılığı üzrə qitə birinciliyi Estoniyada, stend atıcılığı üzrə yarış isə Yunanıstanda keçiriləcək.
Bundan başqa, 2027-ci il Avropa çempionatı isə müvəqqəti təsdiqə əsasən, Finlandiyada təşkil olunacaq. Çünki hələlik sözügedən ölkədə atıcılıq kompleksi tam hazır deyil. 2026-cı ildə kompleksə son baxış keçirilib yekun qərar veriləcək.
Bənzər xəbərlər

Azərbaycan cüdoçuları Perudakı Qran-Prini 7 medalla başa vurublar
Perunun paytaxtı Limada cüdo üzrə Qran-Pri turniri başa çatıb.
Son yarış ... Ətraflı

“Təhlükəsiz idman - hamı üçün” mövzusunda keçirilən kurs iştirakçılarına sertifikatlar təqdim edilib
Oktyabrın 13-də Azərbaycan İdman Akademiyasının akt zalında Milli Olimpiya Komitəsinin ... Ətraflı