Beynəlxalq Cüdo Federasiyasının Akademiyasının proqramında iştirak edən məşqçilərə sertifikatlar təqdim olunub
17 fevral 2023 1091
.jpeg)
17 fevralda Beynəlxalq Cüdo Federasiyasının (BCF) Akademiyasının məşqçi sertifikat proqramında iştirak edən məşqçilərə sertifikatlar təqdim olunub.
Tədbirdə Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev, vitse-prezident Zemfira Meftahətdinova, Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli və BCF Akademiyasının direktoru Envik Qalea məşqçilərə Beynəlxalq Olimpiya Komitəsinin iştirakçı sertifikatlarını təqdim ediblər.
Daha sonra ACF-in vitse-prezidenti Elnur Məmmədli tərəfindən proqramın həyata keçirilməsində göstərilən dəstəyə görə Milli Olimpiya Komitəsinə, BCF-in Akademiyasına və “Judo Club 2012” -yə təşəkkür plaketi təqdim olunub.
Azərbaycan Cüdo Federasiyasının BCF-in Akademiyası ilə 2022-ci ilin mart ayından başlayan əməkdaşlığı nəticəsində qeyd edilən proqrama 80-dən yuxarı cüdo məşqçisi cəlb edilib. Nəzəri imtahanları uğurla başa vuran məşqçilər əyani surətdə imtahan verərək müvafiq sertifikatı əldə etmək imkanı qazanıblar.
Seminar və imtahan BCF Akademiyasının direktoru Envik Qalea, Akademiyanın proqram rəhbəri Dr. Tibor Kozsla, Akademiyanın idman direktoru Daniel Laskau və digər ekspertlər (ümumilikdə 10 ekspert) tərəfindən keçirilir.
Qeyd edək ki, proqram Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK), Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı, Beynəlxalq Olimpiya Komitəsi (BOK) Olimpiya Həmrəyliyi Fondunun maliyyə və Beynəlxalq Cüdo Federasiyasının texniki dəstəyi ilə keçirilir.
Bənzər xəbərlər

Azərbaycan cüdoçuları Perudakı Qran-Prini 7 medalla başa vurublar
Perunun paytaxtı Limada cüdo üzrə Qran-Pri turniri başa çatıb.
Son yarış ... Ətraflı

“Təhlükəsiz idman - hamı üçün” mövzusunda keçirilən kurs iştirakçılarına sertifikatlar təqdim edilib
Oktyabrın 13-də Azərbaycan İdman Akademiyasının akt zalında Milli Olimpiya Komitəsinin ... Ətraflı