Beynəlxalq Olimpiya Komitəsinin tibbi eksperti Bakıda elmi-praktik təlim keçib
10 iyul 2025 - 12:33 592
Böyük Britaniyanın University College London (UCL) universitetinin professoru, Kral Tibb Cəmiyyətinin İdman Tibbi bölməsinin vitse-prezidenti, İdman tibbi üzrə Avropa standartının müəllifi, Beynəlxalq Olimpiya Komitəsinin tibbi eksperti Maykl Pol Luzmor tərəfindən “İdman tibbində çiyin zədələnmələri. Diaqnostika, müalicə və reabilitasiya” mövzusunda elmi-praktik təlim keçirilib.
Azərbaycan İdman Akademiyasından verilən məlumata görə, təlimin məqsədi idmançılarda rast gəlinən çiyin zədələnmələri və disfunksiyaların yaranma səbəblərinin araşdırılması, onların düzgün diaqnostikasının aparılması və reabilitasiya prosesinin səmərəli şəkildə təşkili yollarının öyrənilməsi olub.
Elmi-praktik təlimdə Azərbaycan Cüdo Federasiyası, Azərbaycan Tibb Universiteti, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, müxtəlif tibb müəssisələrinin həkimləri və Azərbaycan İdman Akademiyasının əməkdaşları iştirak ediblər.
Bənzər xəbərlər
Elmin Əliyev Avropa çempionu oldu
Serbiyanın Zrenyanin şəhərində keçirilən U23 Avropa çempionatı sona çatıb.
Yarışın sonuncu ... Ətraflı
İrina Zaretska Karate 1 Premyer Liqada üçüncü olub
Azərbaycan karateçisi İrina Zaretska İtaliyada keçirilən Karate1 Premyer Liqada üçüncü ... Ətraflı
