Boks üzrə Azərbaycan millisi ABŞ-a yollanıb
13 yanvar 2024 1116

Boks üzrə Azərbaycan millisi Olimpiya çəki dərəcələri üzrə lisenziya turnirlərinə və “Paris-2024” Yay Olimpiya Oyunlarına hazırlığı ABŞ-ın Kolorado ştatında davam etdirəcək.
Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, təlim-məşq toplanışında baş məşqçi Pedro Roke, məşqçilər Nəriman Abdullayev və Etibar Abdullayevin rəhbərli altında 9 boksçu iştirak edəcək.
Məşqçilər heyəti hazırlıqda Nicat Hüseynov (54 kiloqram), Ümid Rüstəmov, Şamil Əsgərov (hər ikisi 57 kiloqram), Tayfur Əliyev, Malik Həsənov (hər ikisi 63,5 kiloqram), Sərxan Əliyev (71 kiloqram), Murad Allahverdiyev (80 kiloqram), Alfonso Dominges (92 kiloqram) və Məhəmməd Abdullayevi (+92 kiloqram) yoxlayacaq.
Toplanış müddətində ABŞ boksçuları ilə birgə məşqlər və sınaq döyüşlərinin keçirilməsi də planlaşdırılır. Hazırlıq fevralın 1-dək davam edəcək.
Qeyd edək ki, Azərbaycan millisinin heyətində Murad Allahverdiyev (80 kiloqramda) və Məhəmməd Abdullayev (+92 kiloqramda) “Paris-2024”ə lisenziyanı III Avropa Oyunlarında qazanıb.
Bənzər xəbərlər

Azərbaycan cüdoçuları Perudakı Qran-Prini 7 medalla başa vurublar
Perunun paytaxtı Limada cüdo üzrə Qran-Pri turniri başa çatıb.
Son yarış ... Ətraflı

“Təhlükəsiz idman - hamı üçün” mövzusunda keçirilən kurs iştirakçılarına sertifikatlar təqdim edilib
Oktyabrın 13-də Azərbaycan İdman Akademiyasının akt zalında Milli Olimpiya Komitəsinin ... Ətraflı