Bu gün çimərlik voleybolçularımız iki beynəlxalq yarışda iştirak etmək üçün Türkiyəyə yola düşüblər
28 sentyabr 2023 876

Bu dəfə təmsilçilərimiz ilk olaraq 29 sentyabr-1 oktyabr tarixlərində Türkiyənin Mersin şəhərində təşkil olunacaq "Bioderma Pro Beach Tour" açıq çempionatında qüvvələrini sınayacaqlar. Bu yarışda ölkəmizi bir qadın ("Azərreyl") və iki kişi komandası ("MUROV AZ TERMİNAL-1", "MUROV AZ TERMİNAL-2") təmsil edəcək.
Voleybolçularımızın növbəti sınağı isə Türkiyənin Balıkesir şəhərində olacaq. Burada təmsilçilərimiz CEV klublararası Avropa Kubokunda (Beach Volley European Cup) öz qüvvələrini sınayacaqlar. Yarışda ölkəmizi qadınlardan "Azərreyl" və kişilərdən ibarət "MUROV AZ TERMİNAL" komandaları təmsil edəcək.
Kubok oyunları 5-8 oktyabr tarixlərində baş tutacaq.
İştirakçılarımıza uğurlar arzu edirik.
Bənzər xəbərlər

Azərbaycan cüdoçuları Perudakı Qran-Prini 7 medalla başa vurublar
Perunun paytaxtı Limada cüdo üzrə Qran-Pri turniri başa çatıb.
Son yarış ... Ətraflı

“Təhlükəsiz idman - hamı üçün” mövzusunda keçirilən kurs iştirakçılarına sertifikatlar təqdim edilib
Oktyabrın 13-də Azərbaycan İdman Akademiyasının akt zalında Milli Olimpiya Komitəsinin ... Ətraflı