Çempionlar Liqası: PSJ və "Borussiya Dortmund" yarımfinalda
17 aprel 2024 1080
Futbol üzrə UEFA Çempionlar Liqasının ilk yarımfinalçıları müəyyənləşib.
Günün ilk oyunlarından sonra Fransanın PSJ və Almaniyanın Dortmund "Borussiya"sı yarımfinala vəsiqə qazanıb. İlk oyunda doğma meydanda 2:3 hesabı ilə uduzan Paris təmsilçisi səfərdə məğlubiyyətin əvəzini artıqlaması ilə çıxıb. Luis Enrikenin komandası 4:1 hesablı qələbə qazanaraq yarımfinala yüksələn tərəf olub.
Gecənin digər oyununda isə "Borussiya Dortmund" klubu "Atletiko"nu 4:2 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. Qeyd edək ki, bu komandalar arasında Madriddə keçirilən ilk oyunda Dieqo Simeonenin komandası minimal hesabla qalib gəlmişdi -2:1.
Beləliklə, ilk cavab oyunlarından sonra "Borussiya Dortmund" və PSJ komandaları yarımfinalda bir-birinə rəqib oldular.
Çempionlar Liqasının digər iki yarımfinalçıları bu gün keçiriləcək "Mançester Siti" - "Real" və "Bavariya" - "Arsenal" oyunlarından sonra müəyyənləşəcək.
Bənzər xəbərlər
Vüsal Nəsirli Azərbaycan Peşəkar Boks Federasiyasının prezidenti seçilib
Azərbaycan Peşəkar Boks Federasiyasında yeni rəhbərlik formalaşdırılıb.
Federasiyanın prezidenti vəzifəsinə Azərbaycan ... Ətraflı
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
