Cəzaçəkmə müəssisəsində qadınlar arasında badminton turniri keçirilib
08 mart 2024 683

8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 4 saylı cəzaçəkmə müəssisəsində qadınlar arasında həvəskar badminton turniri keçirilib.
Ardıcıl olaraq üçüncü ildir keçirilən və silsilə xarakter daşıyan yarış Azərbaycan Badminton Federasiyası, Ədliyyə Nazirliyi Penitensiar Xidmət, Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə baş tutub. Qadın həmrəyliyi ruhunda keçirilən yarışın iştirakçıları təşkilatçılar tərəfindən diplom, medal və hədiyyələrlə təltif olunublar.
Daim ədalətli oyun prinsiplərini rəhbər tutan Azərbaycan Badminton Federasiyası davamlı olaraq bu layihələri həyata keçirməklə səlahiyyətli təşkilatlar və dövlət qurumları arasında hab rolunu oynamaqla yanaşı, cəmiyyət və beynəlxalq idman təşkilatlarına sosial mesajlar verir. Bu cür tədbirlərin həyata keçirilməsi bu kateqoriyadan olan şəxslərin müəssisəni tərk etdikdən sonra cəmiyyətə inteqrasiyasında da mühüm rol oynayaraq onların sağlam həyata tərzini və fiziki inkişafını da təmin etmiş olur.
Xatırladaq ki, sosial layihələrə xüsusi diqqət ayıran Azərbaycan Badminton Federasiyası iki il arıdıcıl olaraq Avropa ədalətli Oyun Hərəkatının "Ədalətli Oyun Ruhu" nominasiyası üzrə beynəlxalq "Fair Play" mükafatına layiq görülüb. Federasiya cəzaçəkmə müəssisələrində reallaşdırılan tədbirlər, eləcə də inklüziv və parabadmintonun inkişafı istiqamətində həyata keçirdiyi layihələrə və bununla da badmintonun hamı üçün əlçatanlığını təmin edilməsinə görə bu nominasiya üzrə mükafatlandırılıb
Bənzər xəbərlər

Azərbaycan cüdoçuları Perudakı Qran-Prini 7 medalla başa vurublar
Perunun paytaxtı Limada cüdo üzrə Qran-Pri turniri başa çatıb.
Son yarış ... Ətraflı

“Təhlükəsiz idman - hamı üçün” mövzusunda keçirilən kurs iştirakçılarına sertifikatlar təqdim edilib
Oktyabrın 13-də Azərbaycan İdman Akademiyasının akt zalında Milli Olimpiya Komitəsinin ... Ətraflı