Xəbərlər

Çingiz Hüseynzadə Polşanın prezidenti ilə görüşdü

24 oktyabr 2019 261

23-26 oktyabr tarixlərində Polşanın Varşava şəhərində keçirilən Avropa Olimpiya Komitəsinin Baş Assambleya çərçivəsində Polşanın prezidenti Andrzej Duda Milli Olimpiya Komitəsinin vitse-prezidenti, AOK-un İcraiyyə Komitəsinin üzvü Çingiz Hüseynzadəni qəbul edib. Görüş çərçivəsində Olimpiya Hərəkatının inkişafı və digər məsələlər müzakirə olundu.

Xatırladaq ki, assambleyada Avropa Olimpiya Komitəsinin İcraiyyə Komitəsininüzvü və Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin(MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, AzərbaycanRespublikası Gənclər və İdman naziri Azad Rəhimov, MOK-un baş katibinin müavini Azər Əliyev, MOK-un BeynəlxalqƏlaqələr İdarəsinin rəisi Anar Bağırov və Bakı 2019 AvropaGənclər Olimpiya Festivalının nümayəndələri Nikki Efendi, Namiq Novruzov, Tərlan Məmmədov iştirak edirlər.

Assambleya çərçivəsində 24 oktyabr tarixində cənab ÇingizHüseynzadənin iştirakı ilə Avropa Olimpiya Komitəsininİcraiyyə Komitəsinin iclası keçiriləcəkdir. İclasda AOK-un prezidenti Janez Koçijançiç, baş katib Rafael Paqnozzi adı çəkilən təşkilatın hesabatı ilə çıxış ediblər.

25 oktyabrdan etibarən Avropa Olimpiya Komitəsinin BaşAssambleyası öz işinə başlayacaq. Assambleyada AOK-un Olimpiya Oyunları, Avropa Gənclər Olimpiya Festivalı, Atletlər, Olimpiya Mədəniyyəti və irsi, Olimpiya Akademiyası və digərkomissiyaların iclası keçiriləcəkdir. Həmçinin, Tokio 2020 vəParis 2024 Yay Olimpiya Oyunları, Pekin 2022 Qış OlimpiyaOyunları, Krakov və Malopolska 2023 Avropa Oyunlarınınməruzə çıxışları gündəlikdə olan məsələlər sırasındadır.