Cüdoçularımız Avropa çempionatının ikinci günündə 2 bürünc medal qazandı
08 sentyabr 2023 675

8 sentyabrda Niderlandın Haaqa şəhərində keçirilən cüdo üzrə gənclər arasında Avropa çempionatında Azərbaycan cüdoçuları 2 bürünc medal əldə edib.
Oğlanlar arasında -73 kq. çəki dərəcəsində bürünc medal uğrunda görüşdə iki cüdoçumuz Vüsal Qələndərzadə və Süleyman Əliyev qarşılaşıb. Bərabər keçən mübarizənin “golden score”-da Süleyman üçüncü “şido”-nu alıb və nəticədə Vüsal Qələndərzadə çempionatın bürünc medalını qazanıb.
-81 kq. çəkidə Ömər Rəcəbli isə üçüncü yer uğrunda görüşdə Danimarkalı cüdoçu Coni Asxama “ippon” ilə qalib gələrək çempionatın bürünc medalına sahib olub.
Bənzər xəbərlər

Azərbaycan cüdoçuları Perudakı Qran-Prini 7 medalla başa vurublar
Perunun paytaxtı Limada cüdo üzrə Qran-Pri turniri başa çatıb.
Son yarış ... Ətraflı

“Təhlükəsiz idman - hamı üçün” mövzusunda keçirilən kurs iştirakçılarına sertifikatlar təqdim edilib
Oktyabrın 13-də Azərbaycan İdman Akademiyasının akt zalında Milli Olimpiya Komitəsinin ... Ətraflı