Diana Dımçenko Silver Skiff turnirində ikinci oldu
07 noyabr 2022 1820
Akademik avarçəkmədə Azərbaycan yığma komandasının üzvü Diana Dımçenko daha bir beynəlxalq turnirdə iştirak edib. İdmançımız İtaliyada təşkil olunan Silver Skiff beynəlxalq reqatasında mübarizə aparıb.
Yarışa 26 ölkədən müxtəlif yaş qruplarında ümumilikdə 623 avarçəkən qatılıb. Tək mərhələdən ibarət olan reqatada avarçəkənlər 11 kilometr məsafə qət ediblər. Bir nəfərlik akademik avarçəkmə qayığı ilə qadınların
mübarizəsində Dımçenko uğurlu nəticə əldə edib. Təmsilçimiz 11 km məsafəni 44 dəqiqə 54 saniyəyə başa vurub. Özündən əvvəlki rəqibindən cəmi 8 saniyə geri qalan Dımçenko finiş xəttinə ikinci çataraq gümüş medala sahib olub.
Qeyd edək ki, Silver Skiff turniri ilk dəfə 1992-ci ildə Turin şəhərində keçirilib. Reqatada hər il min nəfərə yaxın avarçəkən iştirak edir. Diana Dımçenko Silver Skiff turnirinə 2015-ci ildən qoşulur. O, ümumi hesabda bir dəfə, öz kateqoriyasında isə üç dəfə yarışların qalibi olub.
Bənzər xəbərlər
Elmin Əliyev Avropa çempionu oldu
Serbiyanın Zrenyanin şəhərində keçirilən U23 Avropa çempionatı sona çatıb.
Yarışın sonuncu ... Ətraflı
İrina Zaretska Karate 1 Premyer Liqada üçüncü olub
Azərbaycan karateçisi İrina Zaretska İtaliyada keçirilən Karate1 Premyer Liqada üçüncü ... Ətraflı
