Dünya çempionu olan Azərbaycan şahmatçıları mükafatlandırılıblar
16 oktyabr 2023 745

İtaliyanın Sardiniya adasında keçirilən 20 yaşa qədər qız və oğlan şahmatçılar arasında rapid və blits üzrə dünya çempionatının bağlanış mərasimi keçirilib.
Mərasimdə fəxri kürsüdə yer alan şahmatçılara mükafatlar təqdim olunub. Birinci yeri tutan Gövhər Beydullayeva və Məhəmməd Muradlının şərəfinə iki dəfə Azərbaycan himni səsləndirilib.
Xatırladaq ki, rapid və blits yarışlarında müvafiq olaraq Azərbaycan təmsilçiləri Gövhər Beydullayeva və Məhəmməd Muradlı fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. G. Beydullayeva həmçinin blits yarışında üçüncü yer tutub.
Bənzər xəbərlər

Azərbaycan cüdoçuları Perudakı Qran-Prini 7 medalla başa vurublar
Perunun paytaxtı Limada cüdo üzrə Qran-Pri turniri başa çatıb.
Son yarış ... Ətraflı

“Təhlükəsiz idman - hamı üçün” mövzusunda keçirilən kurs iştirakçılarına sertifikatlar təqdim edilib
Oktyabrın 13-də Azərbaycan İdman Akademiyasının akt zalında Milli Olimpiya Komitəsinin ... Ətraflı