Dünya Güləş Birliyindən qeyri-adi qərar
16 noyabr 2023 795
Dünya Güləş Birliyi bu il sentyabr ayında Belqradda keçirilən böyüklər arasında dünya çempionatının 87 kq çəki dərəcəsində final görüşünün nəticəsi də daxil olmaqla bir sıra vacib məsələləri müzakirə etmək üçün İsveçrədə bir araya gəlib.
Müzakirələr zamanı görüşün nəticəsini dəyişdirən ciddi hakim səhvinə yol verildiyi qəbul edilib.
Mütəxəssislərin hərtərəfli təhlilindən sonra, mövcud güləş qaydalarına əsasən, macarıstanlı David Loşontsiya tərəfindən rəqibə qarşı tətbiq edilən fənd hakimin qərarı ilə təsdiq edilməli idi.
Mütəxəssislərin təhlilinə əsasən, hakim səhvinin danılmaz olduğu nəzərə alınaraq, ali qurum ədalətin yerini tapması üçün bu yaş kateqoriyasında David Loşontsiyaya da qızıl medal verilməsini tələb edib.
Beləliklə, yunan-Roma güləşi üzrə 87 kq çəki dərəcəsində hər iki idmançıya - türkiyəli Ali Cengiz və macarıstanlı David Loşontsiya qızıl medal verilib.
Həmçinin bu kateqoriya üzrə yekun sıralama dəyişdiriləcək və müvafiq reytinq xalları D.Loşontsiyaya da veriləcək.
Bənzər xəbərlər
Formula 1 Azərbaycan Qran-Prisi üçün marşal qeydiyyatına start verilib
Formula 1 Qatar Airways Azərbaycan Qran-Prisi 2026 üçün marşal qeydiyyatına ... Ətraflı
Millimiz rekord nəticəylə Avropa ikincisi oldu
U23 Avropa çempionatında sərbəst güləş yarışına yekun vurulub.
Millimiz 1 qızıl, ... Ətraflı