Dünya Kuboku: Azərbaycan ağırlıqqaldıranı üç gümüş medal qazanıb
10 aprel 2024 1194
Azərbaycan ağırlıqqaldıranı Dadaş Dadaşbəyli Tailandın Phuket şəhərində keçirilən Dünya Kubokunda 3 gümüş medal qazanıb.
Bu gün körpücük üzərinə qalxan idmançı 109 kiloqram çəki dərəcəsində yarışıb.
Atletimiz birdən qaldırma hərəkətində 177 kiloqramı ram edib və bu hərəkətlə gümüş medala sahib çıxıb.
O, təkanla qaldırma hərəkətində 211 kiloqramın öhdəsindən gələrək, eyni uğura imza atıb.
Toplam 388 kiloqram (177 kişi, 211 qadın) nəticə göstərən D.Dadaşbəyli yekun sıralamada da 2-ci yeri tutaraq yarışı 3 gümüş medalla başa vurub.
Qeyd edək ki, "Paris-2024" Yay Olimpiya Oyunlarına lisenziya xarakterli son turnirdə 110 ölkədən 449 (228 kişi,231 qadın) atlet iştirak edir. Yarışa aprelin 11-də yekun vurulacaq.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı