Ər-Riyad-2025: Basketbol millimizdən növbəti qələbə
17 noyabr 2025 - 22:46 515
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda VI İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən 3x3 basketbol yarışları davam edir.
Olympic.az xəbər verir ki, A qrupunda yer alan qadınlardan ibarət millimiz bu gün növbəti oyununa çıxıb. Türkiyə millisi ilə qarşılaşan komandamız gloyunu 19:11 hesablı qələbə ilə başa vurub.
Xatırladaq ki, millimiz bu gün keçirdiyi ilk oyunda zərbaycan Səudiyyə Ərəbistanı seçməsinə 21:8 hesabı ilə qalib gəlmişdi.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti və İSSA-nın ikinci vitse-prezidenti Çingiz Hüseynzadə və İSSA-nın İcraiyyə Komitəsinin üzvü və Ər-Riyad-2025 İslam Həmrəyliyi Oyunlarının Koordinasiya Komissiyasının sədri, millət vəkili Könül Nurullayeva VI İslam Həmrəyliyi Oyunlarında qadınlardan ibarət 3x3 basketbolçularımızın növbəti görüşünü oyunların keçirildiyi arenada izləyib.
Bənzər xəbərlər
Vüsal Nəsirli Azərbaycan Peşəkar Boks Federasiyasının prezidenti seçilib
Azərbaycan Peşəkar Boks Federasiyasında yeni rəhbərlik formalaşdırılıb.
Federasiyanın prezidenti vəzifəsinə Azərbaycan ... Ətraflı
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı

