Gələn ilin yayınadək təxirə salınmış Tokio Yay Olimpiya və Paralimpiya Oyunlarının məşəli Yaponiya paytaxtının ictimaiyyətinə təqdim olunub.
01 sentyabr 2020 660

Məşəl Tokionun Şincuku rayonunda yerləşən Yaponiya Olimpiya Muzeyində nümayiş etdirilir.
Mərasimdə çıxış edən Yaponiya Milli Olimpiya Komitəsinin sədri Yamaşita Yasuhiro bildirib ki, Olimpiya və Paralimpiya Oyunlarına qatılmaq istəyən idmançılar hazırda yorulmadan məşq edirlər. Tokioda Olimpiya məşəlinin ictimaiyyətə təqdim edilməsi bu idmançılara emosional dəstəkdir.
Qeyd edək ki, Olimpiya məşəlinə baxmaq istəyənlər əvvəlcədən bron götürməlidirlər.
Olimpiya məşəli ziyarətçilərə noyabrın 1-dək nümayiş etdiriləcək.

Bənzər xəbərlər

Azərbaycan cüdoçuları Perudakı Qran-Prini 7 medalla başa vurublar
Perunun paytaxtı Limada cüdo üzrə Qran-Pri turniri başa çatıb.
Son yarış ... Ətraflı

“Təhlükəsiz idman - hamı üçün” mövzusunda keçirilən kurs iştirakçılarına sertifikatlar təqdim edilib
Oktyabrın 13-də Azərbaycan İdman Akademiyasının akt zalında Milli Olimpiya Komitəsinin ... Ətraflı