Gimnastika millimiz “Tallinn Open”də bürünc medal qazandı
07 aprel 2024 1388
Estoniyada bədii gimnastika üzrə “Tallinn Open” beynəlxalq turniri keçirilir. Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yarışda iştirak edən milli komandamız böyüklər və gənclər arasında bürünc medala sahib çıxıb.
Komandamızın heyətində böyüklər - İlona Zeynalova, Alina Məmmədova və Mədinə Dəmirova, gənclər - Şəms Ağahüseynova, İlahə Bahadirova, Gövhər İbrahimova və Fidan Qurbanlı komanda hesabında üçüncü yeri tutub.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı