Gimnaziada: Azərbaycan qılıncoynadanı bürünc medal qazanıb
06 aprel 2025 834
Serbiyanın Nova Varoş şəhərində keçirilən Gimnaziada İdman Oyunlarında qılıncoynatma yarışlarının sablya növündə yarımfinal oyunlarına start verilib.
Azərbaycan təmsilçisi Gəray Məmmədli 1/2 finalda Muhəmmədmətin Şahidi ilə qarşılaşıb. Gərgin keçən görüş rəqibin 15:9 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da G. Məmmədli bürünc medal əldə edib.
Bu gün mübarizə aparan digər idmançılarımız Abdulmalik Nəsibzadəyə və Nəcəf Şabanlı isə 1/4 finalda mübarizəni dayandırıblar.
Qeyd edək ki, bu gün start götürən və 12-də başa çatacaq yarışda 56 ölkənin 2742 idmançısı mübarizə aparacaq. Azərbaycan 18 idman növündə - idman gimnastikası (Novi-Sad), kamandan oxatma, 3x3 basketbol, çimərlik voleybolu, boks, şahmat, tennis (Zlatibor), badminton, parabadminton, üzgüçülük, paraüzgüçülük, stolüstü tennis (Ujiçe), taekvondo, karate (Pojeqa), cüdo, güləş (Luçani), qılıncoynatma (Nova-Varoş), atletika (Priboy) üzrə ümumilikdə 191 idmançı ilə təmsil olunacaq.
Bənzər xəbərlər
Vüsal Nəsirli Azərbaycan Peşəkar Boks Federasiyasının prezidenti seçilib
Azərbaycan Peşəkar Boks Federasiyasında yeni rəhbərlik formalaşdırılıb.
Federasiyanın prezidenti vəzifəsinə Azərbaycan ... Ətraflı
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı