Gimnaziadaya yollanan taekvondoçularla görüş keçirilib
05 aprel 2025 523
Azərbaycan Taekvondo Federasiyasının (ATF) vitse-prezidentləri Hikmət Səmədov və Niyaməddin Paşayev Gimnaziada İdman Oyunlarına yola düşən milli komandanın üzvləri ilə görüşüblər.
Bu barədə ATF-nin mətbuat xidmətindən məlumat verilib.
Yığmanın yarışa hazırlığı ilə maraqlanan ATF rəsmiləri aprelin 4-dən 14-dək Serbiyanın Zlatibor şəhərində keçiriləcək ISF U15 Gimnaziada İdman Oyunlarında taekvondoçulara uğurlar arzulayıb, qələbə qazanacaqlarına ümidvar olduqlarını bildiriblər.
Qeyd edək ki, Azərbaycan sözügedən oyunlarda 18 idman növündə 191 idmançı ilə təmsil olunacaq.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı