Göygöl şəhərində cüdo idman növü üzrə beynəlxalq turnirə start verilib
23 mart 2022 656
Bu gün Göygöl şəhərində Azərbaycan Respublikasının əməkdar məşqçisi Ariz Ələkbərovun xatirəsinə həsr olunmuş U-18 beynəlxalq turnir start götürüb.
Turnirin açılış mərasimində Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli xarici və yerli iştirakçıları salamlayaraq, onlara uğurlar arzu edib. E. Məmmədli Azərbaycanda cüdo idman növü üzrə beynəlxalq turnir təşkil olunmasını sevindirici hal kimi dəyərləndirib. “Bu həm ölkədə yaradılan güclü idman infrastrukturun olması, həm də Azərbaycanda cüdonun dərin ənənələrə malik olması deməkdir.” deyə E.Məmmədli əlavə edib. Eyni zamanda bildirib ki, beynəlxalq turnirin keçirilməsi ölkələr arası dostluq münasibətlərini daha da möhkəmləndirəcək.
Həmçinin, bu tipli çempionatların təşkili ACF-in gənclərin sağlam həyat tərzinə istiqamətləndirilməsi, onların asudə vaxtının səmərəli təşkili, idmana olan marağının artırılması və cüdonun təbliğatı istiqamətində gördüyü işlərdəndir.
Turnirin ilk günündə qızlar arasında -36, -40, -44, -48 kq., oğlanlar arasında isə -46, -50, -55, -60 kq. çəki dərəcələrində görüşlər keçiriləcək.
Qeyd edək ki, Göygöl Olimpiya İdman Kompleksində keçiriləcək yarışda Türkiyə, Almaniya, Macarıstan, Özbəkistan, Sloveniya, Polşadan 100-dən çox idmançı ölkələrini təmsil edərək medallar uğrunda mübarizə aparacaqlar.
İki gün davam edəcək turnirdə ölkəmizin 400-ə yaxın gənc cüdoçusu iştirak edəcək.
Bənzər xəbərlər
Avropa çempionatı: ilk yarış günündə 7 cüdoçumuz tatami üzərinə çıxacaq
Bu gün Xorvatiyanın paytaxtı Zaqrebdə cüdo üzrə böyüklər arasında Avropa ... Ətraflı
Akrobatika gimnastikası üzrə ölkə birinciliyi və Bakı çempionatı start götürüb
Akrobatika gimnastikası üzrə 29-cu Azərbaycan birinciliyi və Bakı çempionatı start ... Ətraflı