Göygöldə Avropa Kubokunun açılış mərasimi keçirilib
07 may 2023 314
Mayın 6-sı Göygöldə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan yeniyetmələr arasında Avropa Kubokunun açılış mərasimi keçirilib.
Mərasimin əvvəlində çıxış edən Avropa Cüdo Birliyinin (EJU) idman komissarı Albert Gmeiner EJU-nun prezidenti Lazslo Tot adından hər kəsi salamlayıb: “Avropa Kuboku turnirinin Göygöldə keçirilməsi tarixi hadisədir. Azərbaycan Cüdo Federasiyasının bu təşəbbüsünü biz dəstəkləyirik və turnirin yüksək səviyyədə təşkil olunmasının şahidi olduq. Birinci Göygöl Avropa Kubokunu açıq elan etdiyim üçün qürur duyuram.”.
Gənclər və İdman Nazirliyinin regionlarla iş üzrə sektor müdiri Yaşar Rzayev hər kəsə nazir Fərid Qayıbovun salamını çatdırıb: "Bütün iştirakçılara uğurlar arzulayırıq. İdmançılara demək istəyirəm ki, güclü qalib gəlsin.".
Daha sonra çıxış edən Göygöl icra başçısının müavini Arzu Qocayev qonaqları burada görməyin onlar üçün fəxr olduğunu vurğulayıb: "Qədim tarixə, əsrarəngiz təbiətə malik Göygöldə sizi görməkdən məmnunam. Belə bir yarışın Göygöldə keçirilməsi tarixi hadisədir. Azərbaycan dünyada idman sahəsində güclü ölkə kimi tanınır. Regionlarda belə mötəbər yarışın təşkili uşaqların idmana marağının daha da artmasına kömək olur. Buna görə təşkilatçılara təşəkkürümü bildirirəm".
Azərbaycan Cüdo Federasiyasının baş katibi Rəşad Rəsullu idmançılara uğurlar arzulayıb və Avropa Cüdo Birliyinə göstərdikləri etimada görə təşəkkür etdi: "Bu turnir bizim üçün əlamətdar hadisədir, çünki regionlarda cüdonun təbliğinə böyük önəm veririk. Avropa Kubokuda cənab Prezident İlham Əliyevin regionlarda idmanın inkişafı verdiyi istiqamətə və tapşırıqlara uyğundur. Əminik ki, tərəfdaşlarımızın dəstəyi ilə bu yarış ölkəmizdə ənənə halını alacaq - Avropanın brend turnirinə çevriləcək".
Sonda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Qeyd edək ki, iki gün davam edəcək Avropa Kubokunda 18 ölkədən 268 idmançı mübarizə aparır.
Bənzər xəbərlər
Avropa çempionatı: Bu gün daha üç cüdoçumuz mübarizəyə başlayır
Bu gün Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən cüdo üzrə böyüklər arasında ... Ətraflı
Taekvondoçularımız Prezident kubokunda mübarizə aparacaq
Aprelin 26-da Estoniyanın paytaxtı Tallinndə taekvondo üzrə Prezident kubokuna start ... Ətraflı