Göygöldə Heydər Əliyevin abidəsi ziyarət olunub
06 may 2023 584

6 may 2023-cü ildə Göygöl şəhərində keçirilən yeniyetmələr arasında Avropa Kuboku yarışının iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Göygöl rayon icra başçısının müavini Arzu Qocayev, Azərbaycan Cüdo Federasiyasının baş katibi Rəşad Rəsullu, Olimpiya mükafatçısı Rüstəm Orucov, Türkiyə və Azərbaycanın cüdo üzrə yeniyetmələrdən ibarət milli yığma komandalarının üzvləri Ulu Öndərin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.
Qeyd edək ki, Göygöldə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş yeniyetmələr arasında Avropa Kubokunun ilk günündə Azərbaycan milli yığması 6 qızıl, 5 gümüş və 5 bürünc medal qazanaraq yarışa uğurla start verib.
Bənzər xəbərlər

Azərbaycan cüdoçuları Perudakı Qran-Prini 7 medalla başa vurublar
Perunun paytaxtı Limada cüdo üzrə Qran-Pri turniri başa çatıb.
Son yarış ... Ətraflı

“Təhlükəsiz idman - hamı üçün” mövzusunda keçirilən kurs iştirakçılarına sertifikatlar təqdim edilib
Oktyabrın 13-də Azərbaycan İdman Akademiyasının akt zalında Milli Olimpiya Komitəsinin ... Ətraflı