Həvəskar xizəkçilər arasında "Heydər Əliyev Kuboku"na start verilib
10 fevral 2024 1112
Qış İdman Növləri Federasiyasının və “Şahdağ” Turizm Mərkəzinin təşkilatçılığı ilə həvəskar xizəkçilər arasında “Heydər Əliyev Kuboku” turnirinə start verilib.
Yarışın keçirilməsinin əsas məqsədi ölkədə qış idman növlərini təşviq etmək, insanlar arasında xizək idman növlərinə marağı artırmaq, həmçinin mərkəzin beynəlxalq yarışların keçirilməsi istiqamətində təcrübəsini genişləndirməkdir. Turnirdə əvvəlcədən qeydiyyatdan keçən, 6 müxtəlif yaş kateqoriyası üzrə 60-a yaxın həvəskar idmançı xizək yarışının “Slalom Gigant” növü üzrə birincilik uğrunda mübarizə aparır. Mübarizədə (18-25 kişilər, 18-25 yaş qadınlar), (26-45 yaş kişilər), (26-45 yaş qadınlar), 46 yaşdan yuxarı kişilər və qadınlar iştirak edir.
Qaliblər “Şahdağ” Turizm Mərkəzi və Qış İdman Növləri Federasiyası tərəfindən medallar və diplomlarla təltif olunacaq.
Qeyd edək ki, "Heydər Əliyev Kuboku" fevralın 17-də böyüklər və uşaqlar arasında “snoubord” üzrə, 24 fevralda isə uşaqlar arasında xizək üzrə davam etdiriləcək.
Bənzər xəbərlər
İdmanın şəhər siyasətinə və planlaşdırılmasına inteqrasiyası sağlamlıq və rifahı gücləndirir
Hazırda dünyada problemlər ən çox sıxlıq olan şəhər mühitlərində baş ... Ətraflı
Anar Bağırov: Şəhər planlaşdırması zamanı idman mütəxəssislərinin də rəyi öyrənilməlidir
Park və məktəb həyətləri yalnız yaşıllıq üçün istifadə olunmalı deyil. ... Ətraflı