“Heydər Əliyev İli”nə həsr olunan cüdo yarışı keçiriləcək
23 noyabr 2023 778

Noyabrın 26-da Qarabağ Regional Gənclər və İdman İdarəsinin nəzdində fəaliyyət göstərən Şuşa Rayon Uşaq və Gənclər İdman Məktəbi və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli”nə həsr olunan açıq birincilik keçiriləcək.
Yeniyetmə oğlanlar və qızların mübarizə aparacağı cüdo yarışı Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində təşkil olunacaq. Birincilikdə 30-dan çox komandanın iştirakı nəzərdə tutulub.
Yarışın keçirilməsində əsas məqsəd oğlanlar və qızlar arasında cüdonun inkişaf etdirilməsi, eləcə də idmançıların yarış təcrübəsini artırmaq və vətənpərvərlik ruhunun təbliğidir.
Bənzər xəbərlər

Azərbaycan cüdoçuları Perudakı Qran-Prini 7 medalla başa vurublar
Perunun paytaxtı Limada cüdo üzrə Qran-Pri turniri başa çatıb.
Son yarış ... Ətraflı

“Təhlükəsiz idman - hamı üçün” mövzusunda keçirilən kurs iştirakçılarına sertifikatlar təqdim edilib
Oktyabrın 13-də Azərbaycan İdman Akademiyasının akt zalında Milli Olimpiya Komitəsinin ... Ətraflı