Hidayət Heydərov İsraildə çempion oldu
18 fevral 2022 1227

İsrailin Təl-Əviv şəhərində keçirilən “Böyük dəbilqə” turniri davam edir.
Yarışın ikinci günündə Azərbaycan yığmasının bir cüdoçusu tatami üzərinə çıxıb.
73 kq çəkidə mübarizə aparan Hidayət Heydərov bütün rəqiblərinə qalib gəlməklə çempion tituluna yiyələnib.
Təmsilçimiz ikinci mərhələdən yarışa qatılıb. O, əvvəlcə israilli Oron Qinerə qalib gəlib.
1/4 finalda Hidayət almaniyalı İqor Vandtkeni məğlub edib. Yarımfinalda daha bir israilli Toher Butbulla görüşən cüdoçumuz ardıcıl üçüncü qələbə ilə finala yüksəlib.
O, həlledici görüşdə Obidxon Nomonovla (Özbəkistan) üz-üzə gəlib və qələbə qazanıb. Hidayət bununla da qızıl medala sahib olub.
Bənzər xəbərlər

Azərbaycan cüdoçuları Perudakı Qran-Prini 7 medalla başa vurublar
Perunun paytaxtı Limada cüdo üzrə Qran-Pri turniri başa çatıb.
Son yarış ... Ətraflı

“Təhlükəsiz idman - hamı üçün” mövzusunda keçirilən kurs iştirakçılarına sertifikatlar təqdim edilib
Oktyabrın 13-də Azərbaycan İdman Akademiyasının akt zalında Milli Olimpiya Komitəsinin ... Ətraflı