İdman gimnastlarımız beynəlxalq turniri 9 medalla başa vurublar
21 avqust 2023 599
Misirin paytaxtı Qahirədə idman gimnastikası üzrə “Pharaoh’s Cup” beynəlxalq turniri başa çatıb.
18-20 avqust tarixlərində keçirilən yarış Azərbaycan milli komandası üzvlərinin uğurlu çıxışı ilə yadda qalıb.
Yığmamıza ən yüksək nəticəni qadın idman gimnastı Xədicə Abbaszadə qazandırıb. Yeniyetmələr arasında (2010-cu il) çıxış edən təmsilçimiz dayaqlı tullanma və sərbəst hərəkətlərin icrasında qızıl medala layiq görülüb.
2011-2012-ci il təvəllüdlü yeniyetmələr arasında Leyla Məmmədzadə dayaqlı tullanma, Aynaz Məcidzadə isə sərbəst hərəkətlərdə fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Bu yaş kateqoriyasında çıxış edən digər gimnastımız Albina Alieva sərbəst hərəkətlərdə gümüş, dayaqlı tullanmada bürünc medala sahib çıxıb.
Kişilərdən ibarət Azərbaycan yığma komandasının üzvləri Mənsum Səfərov turnik, Rəsul Əhmədzadə sərbəst hərəkətlər, Aydın Əlizadə isə dayaqlı tullanmada bürünc medallar əldə ediblər.
Bənzər xəbərlər
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ulu Öndər Heydər Əliyevlə bağlı paylaşım edib
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ulu ... Ətraflı
Mehriban Əliyeva Ulu Öndərin anım günü ilə əlaqədar paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi sosial şəbəkə səhifələrində ... Ətraflı

