III MDB Oyunlarında iştirak edəcək daha bir qrup idmançı Azərbaycana gəlib
25 sentyabr 2025 - 10:33 641
III MDB Oyunlarında iştirak edəcək nümayəndə heyətləri Azərbaycana gəlməyə davam edirlər.
Belarus və Özbəkistandan növbəti, Tacikistandan isə ilk idmançılar ölkəmizə gəliblər. Onlar futbol, üzgüçülük, boks, taekvondo, voleybol və sambo idman növlərində mübarizə aparacaqlar.
Heydər Əliyev Beynəlxalq Aeroportunda qonaqları III MDB Oyunlarının Təşkilat Komitəsinin nümayəndələri və jurnalistlər qarşılayıblar.
Bakıya eniş etdikdən sonra idmançılar dərhal yarışların keçiriləcəyi şəhərlərə yola düşüblər.
Xatırladaq ki, III MDB Oyunları 28 sentyabr – 8 oktyabr tarixlərində Azərbaycanın yeddi şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə keçiriləcək. Açılış və bağlanış mərasimləri Gəncə Şəhər Stadionunda olacaq.
Bənzər xəbərlər
Vüsal Nəsirli Azərbaycan Peşəkar Boks Federasiyasının prezidenti seçilib
Azərbaycan Peşəkar Boks Federasiyasında yeni rəhbərlik formalaşdırılıb.
Federasiyanın prezidenti vəzifəsinə Azərbaycan ... Ətraflı
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı