İlham Əliyev BOK-un rəhbəri Tomas Baxa məktub ünvanlayıb
17 mart 2021 1215

Azərbaycan Prezidenti İlham Əliyev Beynəlxalq Olimpiya Komitəsinin Prezidenti Tomas Baxa məktub ünvanlayıb. Təbrik məktubunda deyilir:
"Hörmətli cənab Bax,
Beynəlxalq Olimpiya Komitəsinin Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edir və ən xoş arzularımı yetirirəm.
Keçirilmiş səsvermədə inamlı qələbəniz bütün Olimpiya ailəsi tərəfindən Sizə olan etimadın bariz göstəricisi, Olimpiya hərəkatının inkişafı, idmanın təşviqi sahəsində xidmətlərinizə verilən yüksək qiymətdir.
Məmnunluqla qeyd etmək istəyirəm ki, Azərbaycan ilə Beynəlxalq Olimpiya Komitəsi arasında əməkdaşlıq yüksək səviyyədədir və biz bu əməkdaşlığın daha da genişlənməsinə mühüm əhəmiyyət veririk. Əminəm ki, Olimpiya ideallarının təntənəsi naminə tərəfdaşlığımız bundan sonra da uğurla davam edəcəkdir.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, fəaliyyətinizdə daim müvəffəqiyyətlər arzulayıram".
Bənzər xəbərlər

Azərbaycan cüdoçuları Perudakı Qran-Prini 7 medalla başa vurublar
Perunun paytaxtı Limada cüdo üzrə Qran-Pri turniri başa çatıb.
Son yarış ... Ətraflı

“Təhlükəsiz idman - hamı üçün” mövzusunda keçirilən kurs iştirakçılarına sertifikatlar təqdim edilib
Oktyabrın 13-də Azərbaycan İdman Akademiyasının akt zalında Milli Olimpiya Komitəsinin ... Ətraflı