Xəbərlər

İslamiadanın gümüş mükafatçısı: Azərbaycanın adına medal qazanmaq mənim üçün böyük şərəfdir

15 avqust 2022 540

ürkiyədə keçirilən V İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanan ağır atletika üzrə idmançımız Dadaş Dadaşbəyli (102 kq) bildirib.

Əvvəlki yarışda yüngül zədə aldığını xatırladan cüdoçu qeyd edib ki, bu mötəbər turnirdə gücündən maksimum istifadə edib. 

İdmançı zədə səbəbində İslamiadaya cəmi 20 gün ərzində hazırlaşdığını bildirib: “Buna görə də, düşünürəm ki, nəticəni uğurlu hesab etmək olar. Qarşıdakı turnirlərdə daha yüksək səviyyədə çıxış etməyə çalışacağıq”. 

D.Dadaşbəyli onu da qeyd edib ki, iki aydan sonra Kolumbiyada dünya çempionatında iştirak edəcəklər: “Mundialda medal əldə edəcəyimizə inanıram. Dünya çempionatından sonra 2024-cü ildə Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışlar start götürəcək. Əsas hədəf məhz Olimpiadadır”. 

Qeyd edək ki, 102 kiloqram çəki dərəcəsində körpücük üzərinə çıxan Dadaş Dadaşbəyli birdən qaldırmada (174 kq) gümüş medal qazanıb. 

Xatırladaq ki, V İslam Həmrəyliyi Oyunlarında 56 ölkədən 4 mindən çox atlet idmanın 24 növü üzrə 483 dəst medal uğrunda mübarizə aparır. İslamiada avqustun 18-dək davam edəcək.