Xəbərlər

"İstedadlı uşaqların müəyyən edilməsi" layihəsinə start verildi

12 oktyabr 2022 566

10-15 oktyabr tarixlərində Dünya Atletikasının, Azərbaycan Respublikası Gənclər və İdman nazirliyinin dəstəyi, Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə "İstedadlı uşaqların müəyyən edilməsi" layihəsinə start verildi. Bu gün Ağcabədi rayonuna səfər edən nümayəndə heyətimiz Ağcabədi Olimpiya Kompleksində tədbirin keçiriləcəyi yerlərlə tanış oldular və son hazırlıq işlərini həyata keçirdilər.

Yarışda uşaqlar uzunluğa tullanma, top atma və 30m məsafəyə qaçış üzrə öz güclərini sınadılar.
Qalib və mükafatçılara medallar, diplomlar və hədiyyələr təqdim olundu.

Qeyd edək ki, layihə çərçivəsində növbəti səfərlər Beyləqan və İmişli rayonlarına olacaq.